Express Servis Yükünüz təcilidir?
Türkiyədən Azərbaycana 36 saata
TIR gözləməyə vaxt yoxdursa, 1 tona qədər təcili yükünüzü Express furqonumuzla gətiririk. Axşam 18:00-da yola çıxan yük, hesablamaya görə, birisi gün səhər Azərbaycanda olur.
Onlayn formanı doldurun · 2 dəqiqə Sorğu heç bir öhdəlik yaratmır.
- ən çox 1 000 kq
- 1 ton
- zənglərə cavab veririk
- 24/7
- təsis ili
- 2019
Yükünüz nə vaxt çatar?
Xətkeşi sürüşdürün: sol ucu yola çıxış, sağ ucu Azərbaycana çatma vaxtıdır. WhatsApp mesajı özü yazılır: boş yerləri doldurub göndərin.
Yola çıxsaTürkiyə vaxtı
18:00
çərşənbə, 25 noyabr · axşam
Azərbaycana çatarBakı vaxtı · təxmini
07:00
cümə, 27 noyabr · səhər
Nümunə vaxtlar — reys cədvəli deyil
300 kq — çəki Express üçün uyğundur. Ölçüləri də yazın.
Müddət furqonun yola çıxdığı andan hesablanır; çıxış vaxtını sizinlə razılaşdırırıq. Sərhəd növbəsi, gömrük yoxlaması və hava şəraiti müddətə təsir edə bilər.
Express üçün ağırdır
Bu yük komple TIR ilə gedir
1 tondan ağır yükü komple TIR (FTL) ilə gətiririk: İstanbul–Bakı 6–8 gün.
TIR üçün WhatsApp-a yazın TIR üçün qiymət alınNümunə (təxmini): bu gün 09:00-da (Türkiyə vaxtı) yola çıxan yük sabah 22:00-da (Bakı vaxtı), bu gün 18:00-da yola çıxan yük isə birisi gün 07:00-da Azərbaycanda olur.
Tanış gəlirsə, yazın
Sizə uyğun gələn sətrə toxunun — WhatsApp mesajı hazır açılacaq.
Express, yoxsa komple TIR?
İkisi də bizdədir, ikisi də bu şəkildədir. Seçim iki sualdan asılıdır: yük neçə kiloqramdır və nə qədər gözləyə bilər?
Express · furqon
36 saat
Furqonla Türkiyədən Azərbaycana. Vaxt azdırsa, cavab budur.
Çıxış vaxtını soruşunTIR · komple (FTL)
6–8 gün
Maşın bütövlükdə sizin yükünüzə ayrılır. İstanbul–Bakı.
Quru yolu daşımalarıExpress furqon 36 saat
Komple TIR (FTL), İstanbul–Bakı 6–8 gün
Eyni saatda yola düşdülər. Biri çoxdan çatıb.
Zolaqlar eyni miqyasdadır və hər xidmətin öz müddətini göstərir. TIR-ın müddətinə sərhəd və gömrük gözləmələri daxildir; Express-in 36 saatına sərhəd növbəsi, gömrük yoxlaması və hava şəraiti təsir edə bilər. Sizin yükünüz üçün müddət rəsmi təklifdə yazılır.
Türkiyədən Azərbaycana parsiyel (LTL) yük qəbul etmirik — bu istiqamətdə kiçik və təcili yükün yolu Express-dir. Parsiyel daşımalar
Bir baxışda Express
- İstiqamət
- Türkiyə → Azərbaycan
- Müddət
- 36 saat
- Yük
- 1 tona qədər (1 000 kq)
- Nəqliyyat
- Express furqon
- Gömrük
- Göndərici və alıcı öz brokeri ilə
- Sığorta
- Təklif edirik — sorğuda qeyd edin
- Əlaqə
- Zənglərə 24/7 cavab veririk
Vasitəçi deyilik, daşıyıcıyıq
Yolu furqon qısaldır, sərhədi isə sənəd
Furqon hazır, sənəd isə yarımçıq olsa, yük gözləyir. Zəng etməzdən əvvəl bu altı məlumatı hazırlayın.
Göndəriciyə hazır türkcə mətn
Siyahını türkcə biz yazmışıq — onu göndəriciyə ötürməyiniz kifayətdir.
Mətnə baxın
Merhaba, yükümüz GLT Transport’un Express panelvanıyla Türkiye’den Azerbaycan’a gidecek. Lütfen şunları hazırlayın:
1. Malın cinsi ve kap adedi
2. Brüt ağırlık (en fazla 1.000 kg) ve ölçüler (cm)
3. Yükleme adresi ve oradaki yetkilinin telefonu
4. Yükün hazır olacağı gün ve saat
5. Fatura, çeki listesi, menşe belgesi ve sözleşme (ihracat işlemlerini kendi gümrük müşaviriniz yürütecek)
GLT Transport İstanbul: +90 216 519 22 00
Zəngdən əvvəl altı məlumat
- Yükün adı Nə daşınır və neçə yerdir.
- Çəki və ölçülər Brutto çəki (1 000 kq-a qədər), uzunluq × en × hündürlük.
- Yükləmə ünvanı Türkiyədəki ünvan və oradakı məsul şəxsin nömrəsi.
- Boşaltma ünvanı Azərbaycandakı ünvan və yükü qəbul edəcək şəxs.
- Hazır olma vaxtı Yükün yüklənməyə hazır olacağı gün və saat.
- Sənədlər və broker Adətən faktura, qablaşdırma siyahısı, mənşə sertifikatı, müqavilə; həmçinin hər iki tərəfin gömrük brokerinin nömrəsi.
Yükdən asılı olaraq başqa sənəd də lazım ola bilər — dəqiq siyahını daşınmadan əvvəl veririk.
Bu xidmət barədə suallar
Express-də 36 saat nə vaxtdan sayılır?
Saytdakı 36 saat — yüklənmiş furqonun Türkiyədə yola çıxdığı andan Azərbaycana çatdığı ana qədər olan müddətdir. Çıxış vaxtını əvvəlcədən sizinlə razılaşdırırıq, ünvanlarınıza uyğun müddəti rəsmi təklifdə yazırıq. Sərhəd növbəsi, gömrük yoxlaması və hava şəraiti müddətə təsir edə bilər.
Express nə qədərə başa gəlir?
Hər yük üçün ayrıca hesablanır: yükləmə və boşaltma ünvanına, çəkiyə, ölçülərə və hazır olma vaxtına görə. Yazın və ya zəng edin — qiyməti deyək. Sorğu heç bir öhdəlik yaratmır.
Express ilə ən çox neçə kiloqram və hansı ölçüdə yük göndərə bilərəm?
1 tona (1 000 kq) qədər. Çəki uyğundursa, ölçüləri və yer sayını da yazın — furqona yerləşib-yerləşmədiyini yoxlayıb deyək. Daha ağır yük üçün komple TIR (FTL) var: İstanbul–Bakı 6–8 gün.
Express ilə yükü haradan götürüb hara gətirirsiniz?
Express Türkiyədən Azərbaycana gedir. Yükləmə və boşaltma ünvanını yazın — yükü götürə bilib-bilməyəcəyimizi, çıxış vaxtını və bu ünvanlar üçün müddəti deyək.
Express yükü bu gün yükləmək mümkündürmü?
Zəng edin: furqonun ən yaxın çıxış vaxtını deyək, zənglərə 24/7 cavab veririk. Yükün, sənədlərin və brokerlərin nə vaxt hazır olacağını da bildirin.
Express yükün gömrük rəsmiləşdirilməsini kim aparır?
Biz daşıyıcıyıq: ixracı göndərici, idxalı alıcı öz gömrük brokeri ilə rəsmiləşdirir. Express-də hər saat vacibdir, ona görə yükləmədən əvvəl sənədləri hazırlamağı və hər iki brokerə əvvəlcədən xəbər verməyi məsləhət görürük.
Express yükümü izləyə bilərəmmi?
Daşınmanızın mərhələləri şirkətinizin daimi izləmə linkində görünür. Link bir dəfə verilir və avtomatik göndərilmir — əməliyyat menecerinizdən istəyin. Təcili sualınız varsa, zəng edin: zənglərə 24/7 cavab veririk.
Express yük sığortalanırmı?
Yük sığortası təklif edirik. Lazımdırsa, sorğuda qeyd edin — təklifdə ayrıca sətirlə göstərək.
Türkiyədən Azərbaycana parsiyel yoxdursa, kiçik yükü necə göndərim?
Türkiyədən Azərbaycana parsiyel (LTL) yük qəbul etmirik. Bu istiqamətdə 1 tona qədər təcili yük üçün Express xidmətimiz var: furqonla, 36 saata.
Başqa istiqamətə Express olurmu?
Saytdakı 36 saat Türkiyə → Azərbaycan istiqaməti üçündür. Marşrutunuz başqadırsa, yazın — nə edə biləcəyimizi deyək.
Türkiyədən Azərbaycana: 36 saat
Çıxış vaxtını birlikdə seçək
Bir mesaj kifayətdir: şəhər, çəki, vaxt.
Sorğu heç bir öhdəlik yaratmır. Zənglərə gecə-gündüz cavab veririk.
Şəkillərdə dövlət nömrə nişanları gizlədilib.